Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:55

-

ABŞ Prezidenti Barack Obama deyir ki, Birləşmiş Ştatlar gələn ilədək, administrasiyasının sonunadək Əfqanıstanda 8 min 400 əsgər saxlayacaq.

Əfqanıstanda hazırda 9 min 800 ABŞ əsgəri var, Obama bu ilin sonunadək onları 5 min 500-ə salmağı planlaşdırırdı. Ancaq iyulun 6-da Ağ Evdə danışan Obama deyib ki, Əfqanıstanda durum təhlükəlidir və Taliban “təhlükə” olaraq qalır.

Obama onu da deyib ki, əfqan təhlükəsizlik qüvvələri gərəkincə güclü deyillər.

ABŞ Prezidentinin sözlərincə, Əfqanıstandakı ABŞ qüvvələrinin rolu dəyişməz qalır – onlar əfqan polisi və əsgərlərinə təlim keçəcək, Taliban və digər qruplaşmalara qarşı antiterror missiyasını dəstəkləyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG