Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

Böyük Britaniya hakimiyyətinin yaratdığı xüsusi komissiya İraqa hərbi müdaxilə ilə bağlı hesabat hazırlayıb.

Ekspertlər hesab edir ki, həmin vaxt baş nazir olan Tony Blair və onun rəhbərlik etdiyi hökumət müharibəyə başlamazdan əvvəl bütün dinc vasitələrdən sonadək istifadə etməyib.

İraqa müdaxilə isə hüquqi əsas və adekvat planlaşdırma olmadan həyata keçirilib.

Qeyd edək ki, Böyük Britaniya 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın tərkibində İraqa girib.

Bu müharibədə 179 britaniyalı həlak olub, ölkəyə ciddi maaddi ziyan dəyib.

İşgəncə və digər pozuntularda şübhəli bilinən bir çox Britaniya əsgərinə qarşı cinayət işi açılıb.

Amma Beynəlxalq cinayət məhkəməsi bəyan edib ki, bu onun səlahiyyətində olmadığından Tony Blairi məsuliyyətə cəlb etmək fikrində deyil.

Tony Blair isə msələyə münasibət bildirərkənİraqa müdaxilə barədə qərarı ölkənin maraqları naminəverdiyini və bunun müsbət qərar olduğuna inandığını deyib.

Amma Tony Blair bütün səhvlərə görə məsuliyyəti üzərinə götürdüyünü vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG