Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

-

Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.

Trendin xəbərinə görə, bu haqda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bilgi verib.

X.Fətiyev qeyd edib ki, bu yaxınlarda Berlində Almaniyanın "Eurabus" şirkətinin rəhbərliyi ilə həmin modellərin çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb.

"Memorandum bir ay, ay yarım ərzində elektrobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli, bir sıra texniki məsələləri dəqiqləşdirməliyik", X.Fətiyev deyib.

Sədrin sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir:

"Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa hazırdır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji təmizdir".

Söhbət, həm də Eurabus" elektrik avtobuslarının Azərbaycanda yığılmasından gedir.

Gəncə Avtomobil Zavodu" və Almaniyanın "Eurabus GmbH" şirkəti arasında "Eurabus" elektrik avtobuslarının yığılması ilə də bağlı razılıq əldə edilib

Buna da bax: "Xarici borc sürətlə artır"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG