Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

-

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yarandığı bildirilir

Sıxlığın yaranmasının əsas səbəb kimi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artması göstərilir.

Bu haqda Report-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Komitənin bilgisinə görə, gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqundur. Uçqundan sonra Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycan vəsitəsi ilə hərəkət etməyə başlayıblar.

"Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq", - deyə DGK-dan bildiriblər.

Ancaq Azərbaycandan Gürcüstana gedənlər tez-tez “Sınıq Körpü” məntəqəsində süründürməçilikdən şikayətlənirlər.Onlar deyirlər ki, Gürcüstan tərəfdən fərqli olaraq Azərbaycan ərazisində əsasız yoxlamalara məruz qalırlar. Bəzən bu da əlavə növbələrin yaranmasına səbəb olur

Günün bütün mövzuları

XS
SM
MD
LG