Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Ukraynanın paytaxtı Kiyevdə qaz və komunal tariflərin bahalaşmasına etiraz olaraq Ali Radanın qarşısında mitinq keçirilib.

Aksiyanı həmkarlar ittifaqı təşkil edib.

Aksiyaçılar həmçinin hakimiyyəti əməkhaqlarını artırmağa çağırıblar.

Həmçinin “Batkivşina” və “Radikal” partiyalarından olan deputatlar tariflərin aşağı salınması tələbi ilə parlamentin işini dayandırıblar.

Qeyd edək ki, bu ilin mayından Ukraynada əhali üçün qazın min kub metri 277 dollara qaldırılıb.

İyuldan isə isti su və istilik sisteminə görə tariflər 2 dəfə artırılıb.

Həmçinin gələn aydan soyuq suyun qiyməti 30 faiz bahalaşacaq.

Komunal məsələlər üzrə keçmiş nazir Aleksei Kuçerenko bildirib ki, hazırda ölkədə orta əməkhaqqı 180, minimum əməkhaqqı isə 58 dollardan bir qədər artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG