Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:16

►Nemət Əliyev: Tarif Şurasının ictimaiyyətə verdiyi məlumatlar yalan çıxıb

"Qiymət tənzimlənməsini həyata keçirən Tarif Şurasının dərmanların ucuzlaşdırılmasına dair dövri şəkildə ictimaiyyətə verdiyiməlumatlar yalan çıxıb".

İqtisadçı ekspert Nemət Əliyev belə deyir.

Ekspert Dövlət Statistika Komitəsinin rəsmi bilgilərini analiz edərək belə nəticəyə gəldiyini söyləyir.

"Dövlət Statistika Komitəsi bu ilin yanvar-may aylarına dair bilgilərini yayıb. Həmin rəsmi bilgilərə görə, dərmanların qiyməti ötən illə müqayisədə 33 faizdən çox bahalaşıb. Bəs bu, nə kələkdir? Biri “ucuzlaşıb”, biri də “bahalaşıb” deyir” - sual verən iqtisadçı özü də hesab edir ki, dərman monopolistləri hiylə işlədərək Tarif Şurasına dəfələrlə şişirdilmiş qiymət siyahılarını təqdim ediblər.

Nemət Əliyevin gəldiyi nəticəyə görə, iş o yerə çatıb ki, hətta 2 dəfə, 3 dəfə endirimdən sonra (kağız üzərində- N.Ə) apteklərdə qiymətlər düşmək əvəzinə qalxıb.

Hələ, ötən ildən dövlət Azərbaycanda satılan dərmanların qiymətlərini tənzimləməyə başlayıb.

Tarif (Qiymət) Şurasından verilən açıqlamaya görə, indiyədək ölkədə dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən əksəriyyətinin qiyməti təsdiqlənib. Şuranın ölkə KİV-lərində yayılan açıqlamasında qeyd edilir ki,indi apteklərdə həmin dərmanlar təsdiqlənmiş qiymətlərlə satılır.

Tarif Şurası yeni qiymətlərin əvvəlkilərdən, bəzən, bir neçə dəfə ucuz olduğunu iddia edir.

Hətta, dərmanların 29 faizinin qiymətlərinin iki dəfədən çox, 11 faizinin isə 3 dəfədən çox endirildiyi söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG