Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:52

Rusiya Mərkəzi Bankının üzən məzənnəyə keçidlə bağlı qəbul etdiyi qərar neftin kəskin ucuzlaşması dövründəki çətinliklərin öhdəsindən gəlməyə yardım etsə də, ölkə iqtisadiyyatının böhrandan çıxmasına mane olur.

"Bloomberg" agentliyi xəbər verir ki, bu barədə "Standard & Poors`s" (S&P) beynəlxalq reytinq agentliyinin analitiki Karen Vartapetov deyib.

"İqtisadiyyatın aşağı neft qiymətlərinə uyğunlaşmasına yardım edən sistem hələ də artıma səbəb ola bilmir", - deyə analitik qeyd edib.

"Bloomberg" isə hesab edir ki, rubl amortizasiya funksiyasını yerinə yetirə bilmir.

Cari ilin yanvar-aprel ayları ərzində Rusiya şirkətlərinin gəlirliliyi 8,3% azalıb. Halbuki, 2015-ci ildə bu göstərici 53% artmışdı.

Məlumatda Azərbaycan barədə heç nə deuilməsə də, yeri gəlmişkən, digər neft ölkəsi Azərbaycanın da Mərkəzi Bankı da eyni "üzən məzənnə" siyasəti yeridir.

XS
SM
MD
LG