Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

Suyun ardınca qaz da olmayacaq


Qaz
Qaz

İyulun 8-i səhər saat 09:00-dan Bakı və Bakıətrafı bəzi yerlərdə qazın kəsiləcəyi bildirilir.

Bura Abşeron rayonunun Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli qəsəbələri, Binəqədi rayonunun Çiçək yaşayış massivi daxildir. Həmin ərazilərdən başqa, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsinə də təbii qazın verilməsinin dayandırılacağı açıqlanıb.

«Azəriqaz» İB-dən AZƏRTAC-a bu məhdudiyyət qaz kəmərində aşkarlanan sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə görüləcək tədbirlərlə izah edilib

Görülən tədbirlərin Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına da təsir göstərməsi istisna edilmir. Qazın nəzərdə tutulan işlərin başa çatmasından sonra verilməsi planlaşdırılır.

1 HƏFTƏDİR SU DA YOXDUR

Xırdalan dairəsi və Binəqədi qəsəbəsinin bir hissəsində isə 1 həftədir suyun verilmədiyi bildirilir.

Sakinlərin AzadlıqRadiosuna deməsinə görə, iyulun 5-i «Azərsu» ASC-nin göndərdiyi maşınlardan ərazidəki bəzi evlərə su paylanıb. Ancaq bu su da heç də hamıya çatmayıb.

Sakinlərin deməsinə görə, Ramazan bayramında suyun verilməməsi onlara bir sıra problemlər yaradıb. Günlərdir evdə, həyətdə təmizlik işləri apara bilmirlər.
Bayram ərəfəsində «Azərsu» ASC-dən bu vəziyyətin yaranması təzyiqin aşağı olması ilə izah edilmişdi. ASC-nin mətbuat xidməti problemin tezliklə həll ediləcəyini söyləmişdi.

XS
SM
MD
LG