Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

Müdafiə naziri ön cəbhədə


Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Müdafiə Nazirliyinin rəhbərliyi Ramazan bayramı münasibətilə cəbhə bölgəsindəki hərbi hissələrdə olub.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənov şəxsi heyətin bayramını təbrik edib.

Mətbuat xidmətinin məlumatında həmçinin qeyd edilir ki, nazir eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar tapşırıqlar verib.

Zakir Həsənovun sonda əsgərlərlə nahar etdiyi, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət apardığı bildirilir.

İyulun 6-7-də Azərbaycanda Ramazan bayramı qeyd edilir. İnancına görə, müsəlmanların müqəddəs kitabı «Qurani-Kərim» məhz Ramazan ayında göndərilib. Azərbaycandakı rəsmi təqvimə görə, bu il Ramazan ayı iyunun 7-dən iyulun 6-na qədər olan dövrə düşür.

XS
SM
MD
LG