Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:40

-

Yəməndə Aden beynəlxalq aeroportu yaxınlığındakı hərbi bazaya hücum olub, azı 6 hərbçi öldürülüb, onlarla yaralı var.

Təhlükəsizlik mənbələrinin dediyinə görə, iki bomba qoyulmuş avtomobil partladılandan sonra 20-dək “cihadçı” bazadakı hərbçilərə hücum çəkib. Bazada döyüşlər gedən zaman, əlavə qüvvə gətirilib.

Yəməndə islamçı yaraqlılar mövqelərini gücləndirməkdədir. Bir ildən çoxdur hökumət qüvvələriylə İranın dəstəklədiyi şiəməzhəb husi yaraqlılar arasında silahlı qarşıdurma davam edir.

Aden liman şəhəri isə hökumətin nəzarətindədir.

Al-Qaeda və İslam Dövləti silahlı qruplaşmaları Yəməndə ərazi ələ keçirməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG