Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

İyulun 15-də saat 17:30-da Milli İncəsənət Muzeyində Xalq Rəssamı mərhum Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun təşkilatçılığıyla keçirilən sərgidə rəssamın Milli İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaq.

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində doğulub.

Onun atası Fərman Nərimanbəyov Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi 100 tələbədən biri olub.

Tuluzada mühəndislik oxuyan Fərman orda bir fransız qızla evlənib və gələcəyin məşhur rəssamları –Vidadi və Toğrul Nərimanbəyovlar bu evlilikdən doğulub.

Vidadi rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb.

Təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ respublikalarında və dünyanın 20-dək ölkəsində fərdi yaradıcılıq sərgiləri qurulub.

Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

V.Nərimanbəyov 1972-ci ildə Qrekov adına Qızıl medalla təltif olunub, 1982-ci ildə Azərbaycan Xalq Rəssamı fəxri adına, 2001-ci ildə «Şöhrət» ordeninə layiq görülüb.

Vidadi Nərimanbəyovun illər öncə yaratdığı bir neçə əsəri də iyulun 15-dən 20-dək davam edəcək sərgidə ilk dəfə göstəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG