Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Leysan, dolu gözlənilir


Yağış
Yağış

İyulun 7-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah ölkənin bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı deyilir. Yağıntının bəzi yerlərdə leysana çevriləcəyi, dolu düşəcəyi ehtimal edilir.
Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

XS
SM
MD
LG