Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.80 dollar ucuzlaşdığı bildirilir. «Layt» markalı neftin hazırda 46.36 dollara satıldığı deyilir.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin isə bir barrelinin qiyməti 1.57 dollar azalıb. Hazırda «Brent» nefti 47.78 dollara satılır.

Bir ara «Brent» markalı neft 51 dollara qədər yüksəlmişdi.

Bu il Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin qiyməti 25 dollara götürülüb. Büdcədə əvvəlcə neftin qiyməti 50 dollar götürülmüşdü. Ancaq bu ilin əvvəlində neft 30 dollardan da aşağı düşəndə, büdcəyə yenidən dəyişiklik edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG