Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:39

-

ABŞ Dövlət katibi John Kerry Avropaya həmrəylik səfərinə başlayır. O, Gürcüstanla Ukraynada olacaq, transatlantik icmanın bu iki münaqişə gedən ölkəni təkbaşına buraxmadığını göstərəcək.

Dövlət Departamentinin sözçüsü deyib ki, Kerry Gürcüstan hökuməti və müxalifət liderləriylə görüşlərində bu ölkəyə dəstəyini bildirəcək.

Ertəsi gün Kiyevdə olacaq Kerry Ukraynanın şərqindəki münaqişəyə son qoyulması yollarını müzakirə edəcək.

Bu həftə Polşada NATO-nun sammiti keçiriləcək. Rusiyanın Avropanın şərqindəki hərəkətləri müzakirə olunacaq.

Rusiya Gürcüstanın iki separatçı regionunda – Abxaziya və Cənubi Osetiyada hərbçi saxlayır. Rusiya qüvvələri iki il öncə Ukraynanın Krım vilayətini ilhaq edib.

XS
SM
MD
LG