Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 08:52

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 14 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Azərbaycan ordusunun Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Tərtər, Füzuli və Goranboy rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyulun 5-də səhər yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 9 dəfə pozulduğu bildirilirdi.

Ancaq dünən günorta saatlarında nazirlik daha bir açıqlama yayaraq Azərbaycan hərbi qulluqçusu Vüsal Əliyevin snayperdən atılan atəşlə öldürüldüyünü bildirmişdi.

Nazirlik qeyd edir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, Ermənistan tərəfi dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

İyunun 20-də isə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiya prezidenti Vladimir Putin-in iştirakı ilə görüşmüşdülər.

XS
SM
MD
LG