Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

-

İyulun 5-də Aralıq dənizindəki Siciliya boğazında 4 min 500 miqrant xilas edilib. İtaliya sərhədçiləri onları rezin qayıqlardan və taxta qayıqdan xilas etdiyini bildirir.

Ümumilikdə, bu il dənizlə İtaliyaya 67 min miqrant gedib. Onlar əsasən, Liviyadan gedirlər. Rəqəmi Beynəlxalq Miqrasiya Təşkilatı açıqlayıb.

Gələnlərin sayı ötən ilin uyğun dövründəkindən azdır, ancaq bu təhlükəli yolda ölənlərin sayı artır. Ötən həftə rezin qayıqdan 10 qadının ölüsü tapılıb.

2014-cü ildən bəri 10 min miqrant həlak olub. Onlardan 2 min 800 nəfəri bu il ölənlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG