Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:45

Kral Salmon ekstremistlərdən danışdı


ABŞ Prezidenti Barack Obama (solda) və Kral Salmon

ABŞ Prezidenti Barack Obama (solda) və Kral Salmon

-

Səudiyyə Ərəbistanı Kralı Salmon ölkə gənclərini yoldan çıxaranlara qarşı mübarizə aparılacağını deyir.

Bir gün öncə Səudiyyədə üç intiharçı hücumu törədilib. Onlardan biri Mədinədəki Peyğəmbər Məscidi yaxınlığında baş verib.

“Krallıq bizim əziz gənclərimizin beyinlərini, ideyalarını hədəfə alanlara qarşı dəmir yumruqla hücuma keçmək əzmindədir”, 80 yaşlı Salmon Ramazan bayramı müraciətində deyib.

Mədinədəki hücumda dörd polis əməkdaşı öldürülüb.

Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Amma çoxları bu hücumların arxasında İslam Dövləti silahlı qruplaşmasının dayandığını düşünür.

ABŞ Dövlət katibi John Kerry Vaşinqtonda Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir ilə tələsik görüş keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG