Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Tərtər rayonunun Çaylı kəndində 1 əkin sahəsinə və 4 partlayış yerinə baxış keçirib.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, 1 «Qrad» qurğusunun mühərrik hissəsi aşkar edilərək götürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunun ərazisində isə 7 TM-62 tank əleyhinə mina aşkar olunduğu deyilir.

Agentlik bildirir ki, təkrar axtarış işlərinə başladığı aprelin 7-dən iyulun 5-nə kimi 1575 partlamamış hərbi sursat, 18 piyada və 15 isə tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci ildə təsis edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG