Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Bu gecə Bakıda iki nəfərin özünü Cavanşir körpüsündən ataraq intihar etmək istədiyi bildirilir.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi yayıb. Mərkəzin yaydığı açıqlamaya görə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək istəmələri barədə məlumat alıblar.

«Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə göndərilib. Aparılan psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 00:47-də başa çatıb»,-deyə məlumatda qeyd edilir.

Məlumatda intiharın səbəbi və xilas edilənlərin şəxsiyyəti haqqında heç nə bildirilmir.

Son vaxtlar Azərbaycanda intiharların sayının artdığı deyilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz fəaliyyət göstərmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG