Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:19

Türkiyədə Qiresun vilayətində yüksək rütbəli hərbçilərin olduğu vertolyot qəzaya uğrayıb.

Bu barədə İyulun 5-də “Hurriyet” qəzeti məlumat yayıb.

Vertolyotda 15 nəfər olub.

Məlumatlara görə, regional jandarm bölməsinin komandanı Mustafa Doğru, 1 polkovnik, 2 mayor, yerli jandarmlar, onların ailə üzvləri və 3 uşaq da onların arasındadır.

İlkin məlumatlarda azı 6 nəfərin öldüyü bildirilir.

Baş nazir Binali Yıldırım da qəza nəticəsində ölən və xəsarət alanlar olduğunu deyib.

“Sikorsky S-70” vertolyotu Ramazan bayramını qeyd etmək üçün yerli qarnizonlardan birinə gedirmiş.

NTV kanalının məlumatına görə, qəzaya ilkin səbəb kimi pis hava şəraiti ola bilər.

Hadisə yerinə xilasedicilər göndərilsə də leysan yağışı və duman əməliyyatı çətinləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG