Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:47

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Balakən Rayon Polis şöbəsinin əməkdaşlarının Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik bitki aşkarladığı bildirilir.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “İş Planı” çərçivəsində birgə əməliyyat keçirilib. “Nəticədə Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib. Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş sığınacaq müəyyən olunub”-deyə nazirliyin açıqlamasında qeyd edilir.

Hazırda faktla bağlı müvafiq araşdırmaların aparıldığı bildirilir.

Bu qoruq 1929-cu ildə Baş Qafqaz sıra dağlarının cənub ətəklərində Zaqatala və Balakən rayonlarının ərazisində yaradılıb. Əvvəl ərazisi 25,2 hektar olub. Sonra genişlənib. Hazırda onun 23 844 hektar ərazisinin olduğu bildirilir. Qoruqda 900-dən artıq bitki növünün yayıldığı deyilir.

Qoruqda yaşı 200-250, hündürlüyü 30 m-ə çatan fıstıq ağaclarının olduğu söylənir.

Zaqatala Dövlət Təbiət Qoruğunun nəzdində təbiət muzeyi fəaliyyət göstərir. Orada Dağıstan dağ kəli, maral, cüyür, qaban, ayı, porsuq, tülkü, meşə pişiyi, vaşaq, sincab, gəlincik kimi heyvanların yaşadığı bildirilir.

XS
SM
MD
LG