Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

-

“Bu gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (MCQMBİ) Fikrət Fəramərzoğlu ilə görüşdüm. Mənətəşəkkür edərək xidmətimdən imtina etdiyini dedi”.

Bunu vəkil Nemət Kərimli bildirib.

Nemət Kərimli, qeyd edib ki, təqsirləndirilən şəxs nə deməsindən asılı olmayaraq təcridxanadadırsa mütləq vəkillə təmin olunmalıdır:

“Ona görə də F.Fəramərzoğlunun imtinasının mahiyyətini anlaya bilmədim. Mənə qədər, məndən sonra nə olduğunu isə bilmirəm ”.

Vəkilin deməsinə görə, dünən müstəntiq Hacı Əfəndiyevlə əlaqə saxlayıb. Ancaq onun Fikrət Fərəməzoğlu ilə görüşü təmin edilməyib:

“O, elə dünən saat 5-dən sonra məni vəkil kimi təqsirləndirilən şəxsə təqdim etməli idi, bunu razılaşdırmışdıq. Lakin o, telefon zənglərimə cavab vermədi. Bu gün səhər isə, o, orderi məktubla göndərməyimi məsləhət gördü. Bu isə qanunvericiliyə uyğun deyil. Sonra isə müstəntiq zəng edərək, təqsirləndirilən şəxsə təqdim etməkdən ötrü məni idarəyə dəvət etdi. Mən müstəntiqin otağına daxil olarkən Fikrət Fərəməzoğlu artıq otaqda oturmuşdu. O, dərhal bildirdi ki, mənim vəkil xidmətimdən imtina edir və bu barədə ərizə yazıb müstəntiqə təqdim etdi”

Vəkil bu məsələdə Fikrət Fərəməzoğluna təzyiqləri istisna etməyib:

“Mən onunla tək-bətək görüşə bilməmişəm və imtinasının dəqiq səbəbi mənə məlum deyil. Amma Cinayət Prosesual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində həbs qərarı olduqda, o, 24 saat müddətində müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına köçürülməlidir. Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiriisə iyulun 2-də seçilib. Onun hələ də MCQMBİ-də saxlanılması təzyiqlərin olduğunu istisna etmir. Bu faktın özü beynəlxalq məhkəmə qərarlarının presedentinə əsasən pis rəftar sayılır”

Vəkilinin bildirməsinə görə, F. Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə rüşvət tələb etmə) ittiham edilir.
Bir gün əvvəl Daxili İşlər Nazirliyi jurnalistin həbsi ilə bağlı açıqlama yayıb. Nazirlik iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, Fikrət Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyunun 2-də Fikrət Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunmuşdu.

Jurnalist həbs ediləcəyi ilə bağlı bu ilin mayında bəyanat da yaymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG