Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

İtaliyanın “Milan” klubunun prezidenti Silvio Berluskoni klubun səhmlərinin 80 faizini satıb.

İtaliya mətbuatının yazdığına görə, bu barədə Silvio Berluskoninin özü açıqlama verib.

Berluskoni ümid edir ki, bu “Milan”ın əvvəlki gücünü özünə qaytaracaq: “Mən klubun idarəçiliyini çinli sponsora tapşırdım. Onlar “Milan”ın əvvəlki əzəməti, gücünü qaytara bilər. Razılaşmaya görə, onlar iki il ərzində transferlər üçün 400 milyon avro ayıracaq və klubun rəhbəri çinli olacaq".

Adı açıqlanmayan Çin şirkətinin bunun üçün 750 milyon avro ödədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG