Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Perunun yüksək dağlıq əraziləri bu il qeyri-adi qışla üzləşiblər.

Bu günlərdə bu ərazilərdə 20 dərəcə şaxta düşüb.

Nəticədə 10 hektarlarla kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Bundan başqa xırda buynuzlu heyvanlar -qoyun , keçi və lamalar tələf olub.

Mülki müdafiə xidmətinin məlumatına görə, ilin əvvəllərindən bu yana 10 minlərlə heyvan tələf olub.

“Çox soyuqdu, dəhşətli şaxtadır. Heyvanlar tələf olur. Çünki balacalar otlaya, qidalana bilmirlər”, Apurimak kəndinin sakini Xosefina Kutipa deyir.

Yerli sakinlər də qeyr-adi şaxtadan əziyyət çəkirlər.

10 minlərlə insan xəstələnib, nəfəs yollarında problem yaranıb. Sakinlər hakim dairələrə müraciət edərək uşaq və qocalara isti keyim və vitamin, həmçinin mal-qaraya yem çatdırılmasını xahiş ediblər.

Sinoptiklər bir çox rayonlarda şaxtanın davam edəcəyini, güclü qar yağacağını xəbərdarlıq ediblər.

Bir sıra rayonlarda fövqəladə vəziyyət rejimi elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG