Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

-

Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun ev dustaqlığının müddətinin uzadıldığı bildirilir.

APA-nın xəbərinə görə, məhkəmə ev dustağlığının daha 2 ay artırılması barədə qərar verib.

M.Əhmədovu 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları saxlamışdılar. Veteran futbolçunun Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi iləittiham edildiyi bildirilir.

Ona qarşı şikayətdə deyilirdi ki, keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədovun sözünə əməl etmədiyi, həmin şəxslərin pulunu isə qaytarmadığı iddia olunurdu. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə sonradan cəzanı ev dustaqlığı ilə əvəz etmişdi.

Maşallah Əhmədov Azərbaycan futbolunun ən tanınan simalarından olub. O uzun müddət SSRİ çempionatında Azərbaycanı güclülər dəstəsində təmsil edən “Neftçi” komandasının şərəfini qoruyub. Maşallah Əhmədov hətta, bir ara SSRİ-nin futbol üzrə olimpiya yığmasının heyətinə də dəvət edilib.

O, 1995-ci ildən isə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG