Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:11

Macarıstan prezidenti Viktor Orban bəyan edib ki, oktyabrın 2-də ölkədə Avropa Birliyinin qaçqın kvotası ilə bağlı referendum keçiriləcək.

Qeyd edək ki, Orban açıq şəkildə bu plana qarşı şıxan Avropa Birliyi liderlərindən biridir.

Macarıstanın bu addımı, iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa Birliyindən çıxması ilə nəticələnən referendumdan sonra birliyə daha bir zərbə ola bilər.

10 milyon əhalisi olan Macarıstan 2015-ci ildə qaçqınların qarşısını almaq üçün sərhəddə divar çəkən ilk Avropa Birliyi ölkəsidir.

Avropa Birliyi rəsmiləri hesab edir ki, Böyük Britaniyadan sonra bu cür referendumlara meyllər arta bilər.

Çexiya prezidenti Milos Zeman da bu günlərdə Avropa Birliyi və NATO-da qalıb-qalmamaqla bağlı ölkədə referendum keçirilməsini təklif edib.

Amma hökumət təklifi rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG