Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

İyulun 6-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah ölkənin bəzi bölgələrində da şimşək çaxacağı, yağış yağacağı deyilir. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG