Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:40

İran prezidenti Hassan Rouhani-nin gələn ay Azərbaycana səfəri gözlənilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan dövlət başçısı İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Hassan Rouhani arasında iyulun 5-də baş tutan telefon söhbətində bəhs edilib.

İlham Əliyev İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Bu ilin fevralında prezident İlham Əliyev də İran İslam Respublikasında səfərdə olub. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 saziş imzalanıb. Həmin sazişlər dəmiryol, kənd təsərrüfatı, gömrük, səhiyyə, enerji və digər sahələrə dair əməkdaşlığı özündə ehtiva edirdi.

Ancaq sonradan İran rəsmilərinin Ermənistana səfərləri və bu iki ölkə arasında viza rejiminin götürülməsi Azərbaycan parlamentində bəzi deputatların kəskin tənqidinə səbəb olmuşdu. Həmin deputatlar deyirdilər ki, İran Azərbaycanın müstəqilliyini istəmir və İsraillə yaxınlaşmanı qısqanır.

XS
SM
MD
LG