Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:36

-

Fransada deputatlar ölkənin kəşfiyyat xidmətlərinə böyük dəyişiklik təklif ediblər. Səbəb beynəlxalq terrorçuluğun ölkəyə yaratdığı təhlükə sarıdan narahatlıqdır.

Fransanın müxtəlif kəşfiyyat xidmətlərinin vahid “milli antiterror agentliyi”ndə birləşməsi təklif edilir.

Ötən noyabrda Parisdə İslam Dövləti yaraqlılarının törətdiyi hücumlarda 130 nəfər həlak olmuşdu. Bundan sonra parlament təhqiqat komissiyası yaradıb.

Fransada daha öncə də bir neçə hücum baş verib.

Komissiyanın prezidenti Georges Fenech deyib ki, “beynəlxalq terrorçuluqla üz-üzə gəldiyimiz bir vaxtda kəşfiyyat baxımından daha ambisiyalı olmalıyıq”.

ABŞ da 2001-ci ildə sentyabr terrorundan sonra təhlükəsizlik agentliklərini birləşdirib ABŞ Daxili Təhlükəsizlik Departamenti yaratmışdı.

XS
SM
MD
LG