Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

Erdoğan Əliyevə zəng vurub


İ.Əliyev və R.T.Erdoğan
İ.Əliyev və R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyulun 4-də Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə prezidenti müqəddəs Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

İlham Əliyev də öz növbəsində Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

İyulun 6-sı və 7-də Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Türkiyədə isə artıq bu gün bu bayram keçirilir. Azərbaycanda Ramazan bayramının bir gün gec keçirilməsi bəzi insanlarda narazılıq yaradıb. Həmin insanların fikrincə, bununla Qafqaz Müsəlmanları İdarəsi İranın yolu ilə gedib.

HASSAN ROUHANI DƏ İLHAM ƏLİYEVƏ ZƏNG VURUB

Prezidentin mətbuat xidmətinin məlumatına görə, iyulun 5-də isə İranın dövlət başçısı Hassan Rouhani İlham Əliyevə zəng vuraraq Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilir.

XS
SM
MD
LG