Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:57

Nazirdən hərbçilərə bayram təbriki


Zakir Həsənov
Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə şəxsi heyətə təbrik çatdırıb.

Nazir müraciətində milli mənəvi dəyərləri xalqın sərvəti adlandırır.

O, təbrik məktubunda bu ilin aprelində Qarabağ cəbhəsindəki hərbi əməliyyatlara da toxunur: «Aprel döyüşləri Silahlı Qüvvələrin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi».

Nazir yazır ki, Azərbaycan əraziləri qısa müddətdə işğaldan azad olunacaq.

Məktubunun sonunda Z.Həsənov şəxsi heyətin hər bir üzvünə cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar arzu edir.

İyulun 6-sı və 7-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Azərbaycan tərəfinin bildirməsinə görə, həmin əməliyyatlar zamanı işğal altında olan bəzi strateji yüksəklikləri azad edib. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılığa gəliblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.
1994-cü ildə tərəflər arasında atəşkəs sazişi bağlanıb.

XS
SM
MD
LG