Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

-

Amnesty International hüquq-müdafiə təşkilatı Suriyadakı üsyançı qrupları oğurlamalar, işgəncə və qətllərə görə ittiham edib. Həmin üsyançı qrupları Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə dəstəkləyir.

İyulun 5-də Londonda mənzillənən qurum sənədləşdirdiyi 24 oğurlama halını yayıb. Bu hallar 2012-2016-cı illərdə Hələb və İdlib vilayətlərində törədilib.

Qurbanlar dinc fəallar, uşaqlar, kürdlər, xristianlar və digər azlıqlardır. Amnesty bildirir ki, onlar məhz dinlərinə görə hədəfə alınıblar. Bəzi qruplar isə Prezident Bashar al-Assad rejiminin əl atdığı işgəncə formalarından yararlanıb, təşkilat belə deyir.

Həmin qruplaşmalardan üçünün indi, yaxud keçmişdə ABŞ-dan yardım aldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG