Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

-

İranın tanınmış rejissoru Abbas Kiarostami 76 yaşında vəfat edib.

İranın ISNA agentliyinin yazdığına görə, Kiarostami xərçəngdən müalicə olunduğu Parisdə dünyasını dəyişib.

Rejissorda bu ilin əvvəlində xərçəng tapılıb və bir neçə dəfə əməliyyat olunub.

Kiarostami-nin öldüyünü İranın Kinematoqrafiya Evi də təsdiqləyib.

Tehranda anadan olmuş Kiarostami 1979-cu il İslam İnqilabından sonra İranda qalıb. Ancaq son iki filmini Avropada çəkib.

O, 40-dan artıq film çəkib. “Albalı dadı” filmi 1997-ci ildə Kann festivalının ali “Qızıl palma budağı” mükafatını qazanıb. O, həmin mükafata layiq görülmüş yeganə iranlı olub.

Dünya kinosunda yetərincə nüfuzu olan Kiarostami-nin ölümünə görə dünyanın müxtəlif nüfuzlu dərgiləri və şəxsləri başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG