Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Bakının Xocasən qəsəbəsində gecə saatlarında partlayış olduğu bildirilir.

ANSPESS-in xəbərinə görə, partlayış qəsəbədə yerləşən «Lider Cola» şirkətinə məxsus istehsal fabrikində baş verib.

Sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində müəssisənin binasına və eləcə də yaxınlıqdakı evlərə ziyan dəydiyi deyilir.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğundan, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarının uçduğu qeyd edilir.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananın olmadığı deyilir. Faktla əlaqədar araşdırma aparılır.

«Lider Cola» şirkəti eyni adlı sərinləşdirici içkilər istehsal edir.

Ötən həftə «Baku Steel Company» şirkətində də iş qəzası nəticəsində partlayış baş vermişdi. Onda isə 5 nəfərin xəsarət aldığı söylənirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG