Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:04

-

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir.
Bu Bakı Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edilir.

AZAL-ın mətbuat xidmətinin məlumatında deyilir ki, Türkiyəyə giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən azı 90 gün ərzində etibarlı olmalıdır.

Türkiyədə qalmaq vizasının müddəti başa çatdıqdan sonra belə pasportun 60 gün ərzində etibarlı olması tələb edilir.

İyunun 28-də İstanbulun Atatürk Hava Limanında baş verən terror olaylarından sonra həm Türkiyədə, həm də Azərbaycanın hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Həmin terror olaylarında 40-dan çox insanın öldüyü, azı 239 nəfərin isə xəsarət aldığı deyilirdi.

XS
SM
MD
LG