Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

-

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov bəraət istəyir.

Bunu Turan-a sabiq nazirin vəkili Vüqar Xasayev bildirib.

Onun deməsinə görə, sabiq nazir barəsində çıxarılan hökmdən apelyasiya şikayəti üzərində işləyir.

“Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti hazırlayırıq. Şikayət iyulun 8-dək məhkəməyə təqdim ediləcək. Apellyasiya şikayətində V.Ələsgərov barəsində çıxarılan hökmün ləğv edilməsi, ona bəraət verilməsini istəyəcəyik”, vəkil deyib.

V.Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq nazir Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

V.Ələsgərovun 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Onun vəkillərinin bildirməsinə görə, sabiq nazir istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanları işgəncə iddialarını təkzib ediblər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

Vəli Ələsgərov 15 il ərzində Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib.

O, 2015-ci ilin dekabrında bu işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG