Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

“NATO bu həftə keçiriləcək Varşava sammitindən sonra Rusiya ilə formal danışıqlar aparmaq fikrindədir”

Bunu iyulun 4-də NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib.

NATO-Rusiya şurası sonuncu dəfə bu ilin aprelində, təxminən iki illik fasilədən sonra görüşüblər.

Amma görüş Ukrayna münaqişəsi və digər problemlərə görə dərin fikir ayrılığı ilə bitib.

Qeyd edək ki, aprelin 8-də Varşavada NATO-nun ikigünlük sammiti başlanır.

Stoltenberq bildirib ki, tərəflər sammitdən əvvəl görüşmək barədə razılığa gələ bilməyiblər.

Varşava sammitində Polşa, Estoniya, Latviya və Litvada 4 güclü batalyon yerləşdirilməsi ,NATO-nun bu istiqamətdə genişlənməsi müzakirə olunacaq.

Rusiya qəti şəkildə buna qarşı çıxır.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki separatçı münaqişəyə görə tərəflər arasında münasibətlər soyuq müharibə dövründən sonra ən aşağı həddə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG