Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

Niyə bayramlarda endirim yox, bahalanma olur?


arxiv fotosu
arxiv fotosu

Qarşıdan Ramazan bayramı gəlir, bazarda yenə bahalanmadır. Niyə Avropa ölkələrində ən böyük bayramda - Miladda böyük endirimlər olur, Azərbaycanda isə ən böyük bayramlarda - Ramazanda, Novruzda ıəksinə, qiymətlər qalxır?

İqtisadçı ekspert Məhəmməd Talıblı Azərbaycanda bayramqabağı endirimlərin olmamasını izah edir:

“Əvvəla bir çox ölkələrdə bayramqabağı kampaniyanın keçirilməsi şirkətlərin istehsal etdiyi hər hansı bir məhsulun ətrafında sadiq bir müştəri yaratmaq məqsədi güdür. Amma bizdə açığı şirkətlər müştəri formalaşdırmaqda maraqlı deyillər. Çünki onlar məhsullarını təsadüfi müştərilərə satmaqla kifayətlənirlər. İkincisi, xarici ölkələrdən fərqli olaraq bizdəki endirimlər formal və spekulyativ xarakter daşıyır. Bəzən rastlaşırıq ki, firmalar 50-70 faiz endirimlə bağlı bir anons verirlər, amma əslində biz görürük ki, satdıqları məhsullarda nəinki ordakı rəqəm, hətta onun üçdə biri qədər endirim yoxdur.

Məhəmməd Talıblı: "Şirkətlərin daimi müştəri cəlb etməyə marağı yoxdur...."
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00
Direct-ə keçid


Eyni zamanda xaricdə o endirim kampaniyası həm də müştərini qazanmaq üçün bir vasitədir. Bizdə isə müştərini qazanmaq vacib deyil. Həmin məhsulu bütün mövsümlərdə satmaq haqda düşünürlər. Ona görə də bizdə həmin o satış məsələsində fərq olmur ki, o endirim dövründə satılır, yaxud başqa dövrdə. Eyni zamanda xaricdə bilirlər ki, məhsul satılmasa, zay ola bilər və ya dövriyyədən çıxarıla bilər. Amma bizdə İqtisadi İnkişaf nazirliyi nəzdində istehlakçıların hüquqları departamenti də bütün məhsullara nəzarətin səthi olması hesabına, həmin şirkətlərin hətta vaxtı keçmiş məhsullarını da bazarda satmaq imkanı olduğuna görə, onlar maraqlı olmur ki, mütləq qiymət endiriminə getsinlər.

Burda problem dövlətin iqtisadi qurumlarının bazara nəzarət imkanlarının artırılması ilə bağlıdır. İstehlakçıların maraqlarının müdafiəsi məqsədi ilə vaxtı keçmiş hər hansı məhsulun bazara çıxarılmasına sərt nəzarət olsa şirkətlər çalışacaq ki, həmin məhsulu vaxtı keçməmiş öz qiymətinə də olsa satsınlar. Bizdəki problem çoxçeşidlidir”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə bunun səbəbini daha çox inhisarlarda görür:

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“Əvvəla qeyd edim ki, bu, hər hansı bir biznes və ticarət strukturunun marketinq siyasəti ilə bağlıdır. Və bir çox ölkələrdə marketinq siyasəti daha çox dövriyyənin sürətlə artırılması və eyni zamanda mal və digər xidmətlərin yeniləşməsi üzərində qurulur. Onlar çalışırlar ki, bayramları da bir fürsət kimi dəyərləndirsinlər. Bayram dövründə həmin o mal dövriyyəsini, xidmət dövriyyəsini genişləndirmək üçün müəyyən güzəştlər, alıcını özünə cəlb edən təkliflərlə çıxış etsinlər.

Digər tərəfdən, bu istehlakçılara olan hörmətin nümunəsidir. Hər bir ticarət şəbəkəsi çalışır ki, istehlakçılar qarşısında onu məmnuniyyətini qazanmaq üçün belə təklif onları qane edən səviyyədə davam etmələrlə tez-tez çıxış etsinlər. Azərbaycanda bunun baş verməməsinin başlıca səbəblərindən biri biznesin, ticarətin inhisarlaşması ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, indiki halda ticarət biznes bunların istədikləri qiymətlərlə, istədikləri keyfiyyətdə malların təminatı ilə onları qane edən səviyyədə davam etməlidir.

Əslində bu il ölkədə iqtisadiyyat aşağı düşüb, bu il belə təkliflər daha çox olmalı idi ki, yeni alıcılar cəlb olunsun, alıcılıq qabiliyyəti yüksəldilsin. Ancaq bizim Azərbaycanın adlı sanlı brendlərinin bir çoxu sırf ticari biznes və ya marketinq məqsədləri ilə yaradılmayıb. Bəzən onlar qeyri-qanuni qazanılmış pulların rəsmiləşdirilməsi məqsədi ilə yaradılıb. Bir növ öz vəsaitini qoyub, özünə bir ticarət obyekti açıb. Əsas məsələ ondan ibarətdir ki, həmin pul indi əmlaka çevrilib. Bir brendin sahibinə çevrilib və onun üçün bir o qədər də maraqlı deyil, satışın dövriyyəsinin artırılması onun üçün əsas məqsəd o pulun leqallaşdırılması idi və buna nail olublar. Bu da faktorlardan biridir”.

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə bayramqabağı qiymətlərin qalxmağını mentalitetlə bağlayır:

“Bu mentalitetlə daha çox əlaqəli olan məsələdir. Burda bir iqtisadi əsas da yoxdur. Misalçün Türkiyədə bayramqabağı qiymətlər aşağı düşür ki, kasıblar da bayramı qeyd edə bilsin. Bizdə isə hər şey monopoliyada olduğu üçün ona görə də onlar nə qərara gəlirlərsə, onu edirlər. Adətən də öz xeyirlərinə edirlər, əhalini düşünmürlər. İnsaniyyət nöqteyi nəzərindən bir çox geri qalmışıq”.

XS
SM
MD
LG