Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

-

Türk polisinin qaçaqmalçılıq əməliyyatında 1 milyon türk lirəsi dəyərində zümrüdün ələ keçirildiyi bildirilir. Türkiyənin Hürriyet qəzetinin yazdığına görə, olayla bağlantısı olan azərbaycanlı saxlanıb.

Saxlanılan şəxsin adı açıqlanmır.

Əməliyyatı İstanbul polisinin qaçaqmalçılıqla mübarizə idarəsinin həyata keçirdiyi açıqlanıb. Xəbərə görə, Azərbaycan əsilli şəxs Türkiyəyə Dubaydan, Sabiha Gökçen hava limanı vasitəsilə gəlib. Onu xarici uçuş bölməsinə giriş zamanı saxlayıblar.

Axtarış zamanı onda çay qutuları içinə yerləşdirilmiş 5.5 kiloqram ağırlığında xam zümrüd aşkarlandığı bildirilir. Türk mediasının yazdığına görə, həmin qiymətli daşlar işləndikdən sonra 1 milyon dolar dəyərində qiymətləndirilir.

Saxlanılan azərbaycanlının Birləşmiş Ərəb Əmirliklərindəki qiymətli daş qaçaqçılığı ilə məşğul olan şəbəkənin üzvü olduğu güman edilir.

Polisin zümrüdlərin alıcılarını da, artıq, müəyyən etdiyi yazılır. Onlarla bağlı araşdırmanın davam etdiyi bildirilir.

Xəbərə görə, saxlanılan azərbaycanlı isə İstanbul polisinin təcridxanasına, oradan isə ölkədən çıxarılmasından ötrü Köç İdarəsinə təslim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG