Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

Rusiya iyulun 4-dən Polşalıların Kalininqrad vilayətinə vizasız rejimi ləğv edib.

Buna səbəb Varşavanın Rusiyaya qarşı eyni qərar qəbul eləməsi olub.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Polşa iyulun 8-9-da NATO sammiti, həmçinin 20-31-i Ümumdünya Gənclər Günündə Roma papası Francisin ölkəyə səfərinə görə Rusiya ilə sadələşdirilmiş viza rejimini müvəqqəti ləğv edib.

Nəticədə artıq bazar günündən Rusiya-Polşa sərhədində uzun növbələr yaranıb.

Rusiya trəfdə növbənin uzunluğu kilometryarıma çatıb.

İnsanlar buna görə 1 sutka gözləməli olurlar.

Ukraynanın sərhədyanı sakinləri isə buna etiraz olaraq 3 sərhəd məntəqəsini blokadaya alıblar.

XS
SM
MD
LG