Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

-

Mərkəzi Bankın (MB-nin) bu gün keçirdiyi depozit hərracında təklif tələbi üstələyib. MB-nin yaydığı məlumata görə, 50 milyon manatlıq depozit hərracında, banklar 98,5 milyon manat təklif ediblər.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96-ya bərabər olub.

“MB bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək”,- deyə məlumatda qeyd edilir.

Bu MB-nin ikinci depozit hərracdır. Bundan öncə, iyunun 13-də keçirilən depozit hərracında MB 129 milyon manat cəlb edə bilmişdi. Halbuki, baş bank 150 milyon manat istəyirdi.

Depozit fiziki və hüquqi şəxslərin bankda saxladıqları puldur.

Bu vəsaitlər əmanətçilərə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına uyğun müəyyən gəlir qazandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG