Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Şimali Koreyanın paytaxtı Pxenyanda prezident Kim Çen İnə yeni titul verilməsi ilə bağlı təntənəli nümayiş keçirilib.

Tədbir Kim İr Sen adına meydanda keçirilib.

Ölkənin ali xalq məclisi ötən həftə Kim Çen İn-i Dövlət Şurasının rəhbəri təyin edib.

Bu orqanın nə ilə məşğul olacağı hələlik bəlli deyil.

Şuranı da elə məhz həmin iclasda təsis ediblər.

Kim Çen İnin “Əziz və hörmətli yoldaş”, “Parlaq yoldaş” , “Yeni ulduz” və “Dahilərin dahisi” kimi artıq bir sıra rəsmi titulları var.

Atası Kim Çen İr isə rəsmi xronikada “Millətin taleyi” adlanır.

Kimlər sülaləsinin banisi həm də “Ulu öndər”,ölümündən sonra isə “Əbədi prezident” adlanır.

Mitinqdə təbrik çıxışını 88 yaşlı parlament sədri Kim Yen Nam edib.

O dünyada ən uzunömürlü siyasətçilərdən biri, 1946-cə ildən “Əmək” partiyasının, 1978-ci ildən isə Siyasi Büronun üzvüdür.

Təxminən 20 ildir ki, parlament sədridir və ali təhsilini keçmiş Sovet İttifaqında alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG