Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 05:31

İspaniya yığmasının sabiq müdafiəçisi Carles Puyol deyib ki, ölkəsində milli komandanın AÇ-də qələbə qazanacağına inanırdılar.

Xatırladaq ki, son iki Avropa çempionatının qalibləri 1/8 finalda İtaliyaya uduzmaqla (0:2) mübarizəni dayandırdı.

Puyol «Marca»ya açıqlamasında İspaniyanın çıxışını belə dəyərləndirib: «Komanda yaxşı start götürdü, ümidlərimiz böyük idi. Sonra Xorvatiyaya uduzduq. Komanda həmin oyunda pis təsir bağışlamasa da, sonluğu zəif keçirdi. 1/8 finalda İtaliya yetərincə güclü idi. İspaniya fasilədən sonra baş verənlərə reaksiya göstərdi ki, bu da kifayət etmədi. Hamımız İspaniyanın ardıcıl üçüncü dəfə AÇ-ni qazanacağına inanırdıq, ancaq bu, futboldur, hər şey istədiyin kimi olmur».

XS
SM
MD
LG