Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

-

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Apellyasiya şikayətində R.Məmmədova bəraət verilməsi istənilir. Şikayətə nə vaxt baxılacağı bilinmir. Bu haqda onun vəkili Akif Əlizadə məlumat yayıb.

Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunmuşdu. Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Rəşad Məmmədov əlavə olaraq, CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə də ittiham olunub.

R.Məmmədov cinayət işinin materiallarında əməkhaqqı adı altında 54 min 100 manat vəsaiti israf etməkdə günahlandırılırdı. Üstəlik, onun 6 milyonluq əmlak alıb həyat yoldaşının adına rəsmiləşdirdiyi bildirilirdi.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə hakimlər kollegiyası iş üzrə hökmü elan etmişdi.

Həmin hökmə əsasən, R.Məmmədova 1 il 1 ay 8 gün cəza verilib və həmin müddət başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.

R.Məmmədovla yanaşı, İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov da azadlığa çıxıb.

Həmçinin izləyin: AzadlıqRadiosu Youtube Kanalında baxın:

XS
SM
MD
LG