Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:53

Bağdad sakinləri terror qurbanlarının xatirəsini anır, partlayış yerində şamlar yandırırlar.

“Əl Ərəbiyə” televiziyasının məlumatına görə, bazar gününə keçən gecə törədilən partlayışlarda 200-dən çox adam ölüb, azı 200 nəfərsə yaralanıb.

Polis isə 165 nəfərin öldüyünü, 22 nəfərinsə yaralandığını bildirir.

Polisin məlumatına görə, ölənlərin çoxu həmin vaxt çoxmərtəbəli ticarət-əyləncə mərkəzində olan qadın və uşaqlardır.

“Hər il biz bu günü qeyd edirik. İndi bizim bayramımız budur ?İnsanlar bura bayram üçün paltar almağa gəlmişdilər. İndi tabut alırlar”-yerli sakinlərdən biri deyir.

Partlayışlardan biri iftar vaxtı insanların gur olduğu Karada rayonunda , digəri isə şiələrin yaşadığı Əl Şaab rayonunda törədilib.

İnsanlar həmin vaxt kafe və restoranlarda iftar açırmışlar.

İraqın baş naziri Haydar al Abadi bu hücumları pisləyib və ölkədə 3 günlük matəm elan edib.

Hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Ticarət mərkəzi tamamilə dağılıb, ətraf binalra isə ciddi xəsarət dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG