Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.

APA-nın xəbərinə görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Tərxan Əhmədov 42-ci polis bölməsinin rəisi təyin olunub. Bundan əvvəl Tərxan Əhmədov bölmədə rəis müavini işləyib.

42-ci polis bölməsi yaradılandan ora rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra edib. Daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini təyin olunub.

42-ci polis bölməsi Bakının Nardaran qəsəbəsində yerləşir. Bu bölmə ötən ilin dekabrında yaradılıb. O vaxta qədər Nardaran qəsəbəsində polis bölməsi olmayıb.

Bundan bir neçə həftə əvvəl - noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olmuşdu. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Tale Bağırzadə və onun bəzi tərəfdarları saxlanmışdı. Onlar qətldə, odlu silah əldə etmədə və başqa cinayətlərdə ittiham edilirlər. Onun və daha 20-yə yaxın şəxsin bu yaxınlarda məhkəməsi olmalıdır. Vəkillər ittihamların əsassız olduğunu, bəzi həqiqətlərin saxlandığını bildirirlər.
Daha yüngül maddələrdə ittiham edilənlərdən bir çoxunun isə məhkəməsi hələ bir müddət öncə başlayıb. Onlardan bəzilərinə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası verilib.

Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG