Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:54

-

İyulun 4-də ABŞ kosmik gəmisi Yupiterin orbitinə daxil olacaq. Kosmik gəmi beş il öncə yola düşüb.

NASA-nın Juno missiyası növbəti 20 ay ərzində Yupiterin ətrafına 37 dəfə dövrə vuracaq, Günəş sisteminin formalaşması barədə məlumat toplayacaq.

Yupiterin Günəş sistemində yaranan ilk planet olduğu bildirilir və onda Günəşin yaranışından bəri qazların və digər materialların qaldığı güman edilir.

Juno nəhəng planetin maqnetik və qravitasiya sahələrinin xəritəsini çəkəcək, digər informasiyalar toplayacaq.

Juno missiyası 1,1 milyard dollara başa gəlib. Missiya Yupiterə doğru 2,8 milyard kilometr məsafə qət edib.

Kosmik gəmi Yupiterin ən yaxın halda, 5 min kilometrliyindən keçəcək. Yerlə Juno arasında radiosiqnal 50 dəqiqəyə ötürülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG