Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

İlham Əliyevdən Barack Obama-ya təbrik


İlham Əliyev və Barack Obama
İlham Əliyev və Barack Obama

Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ prezidenti Barack Obama-ya təbrik məktubu göndərib.

President.az saytının xəbərinə görə, İlham Əliyev ABŞ-ın milli bayramı-Müstəqillik Günü münasibətilə Barack Obama və ABŞ xalqını təbrik edib.

«Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır. Bir sıra sahələrdə ölkələrimizin sıx və qarşılıqlı faydalı əməkdaşlığı ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib»,-deyə o vurğulayır.

İlham Əliyev qeyd edir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma missiyasında iki ölkənin əməkdaşlığı tərəfdaşlığın səciyyəvi cəhətlərindəndir.

«Biz Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm»,- deyə İlham Əliyev yazıb.

4 iyul - Amerika Birləşmiş Ştatlarında Müstəqillik günüdür. 1776-cı ildə bu gün ABŞ-ın 13 koloniyası İnqilab müharibəsi zamanı Böyük Britaniyanın nəzarətindən çıxıb müstəqilliyini elan ediblər.

XS
SM
MD
LG