Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:41

«Bank Standard» dövlət bankına verildi


«Bank Standard»
«Bank Standard»

«Bank Standard» dövlətə məxsus «Azər-Türk Bank» ASC vasitəsilə sağlamlaşdırılacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bu gün açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, sağlamlaşdırma proqramına görə, avqustun 3-nə kimi «Bank Standard»ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və onun fəaliyyəti biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa ediləcək.

Palata bildirir ki, bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsindən ötrü zəruri vəsait ayrılıb. Vəsaitləri Mərkəzi Bank «Azər-Türk Bank»ı vasitəsilə 1 illik kredit xətti formasında ayırır. Ancaq vəsaitin həcimi açıqlanmır.

«İyulun 4-dən etibarən «Bank Standard»da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılıb. Hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər», - deyə məlumatda vurğulanır.

Palata bildirir ki, son illər «Bank Standard» kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar onun maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. Problemli aktivlər artıb, bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.

Yaranmış problemlərin tənzimlənməsindən ötrü Palata mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edib. Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla, bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə iyulun 4-nə kimi moratorium qoyulmuşdu. Sosial ödənişlərin icrasından ötrü isə Palatanın müraciəti əsasında Mərkəzi Bank ona likvidlik dəstəyi göstərib. İyun ayından xırda əmanətlərin ödənilməsinə başlanıb.

«Bank Standard» artıq dövlət himayəsinə götürülən ikinci bankdır. Bundan əvvəl də Azərbaycan Beynəlxalq Bankı dövlət hesabına sağlamlaşdırılmışdı.

XS
SM
MD
LG