Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:41

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 9 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndindən Azərbaycan ordusunun Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Tərtər, Xocavənd və Füzuli rayonu istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyulun 3-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 10 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG